"Xəzər Lənkəran" "Sumqayıt"la oyundan imtina etdi

00:21 - 22 Yanvar 2016

Yoxlama oyunu baş tutmayacaq
 
Premyer Liqanın II hissəsinin hazırlıqlarını ölkəmizdə davam etidrən "Xəzər Lənkəran”ın "Sumqayıt”ın əvəzedici komandasına qarşı keçirəcəyi yoxlama oyunu baş tutmayacaq. 
 
Sportal.az xəbər verir ki, cənub klubu sabah baş tutması nəzərdə tutulan oyundan imtina edib. 
 
Qeyd edək ki, "Xəzər Lənkəran” fasilə başa çatana qədər bir yoxlama oyunu keçirməyi planlaşdırır. 

Xəbər xətti