"Sumqayıt" Rumıniya təmsilçisi ilə heç-heçə etdi

23:15 - 22 Yanvar 2016

Pərdis Fərcad-Azad "Sumqayıt"ı məğlubiyyətdən xilas etdi
 
Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün sonuncu yoxlama oyununa çıxıb.
 
Sportal.az xəbər verir ki, Samir Abasovun komandası Rumıniyanın “Petrolul” klubu ilə qarşılaşıb. Gərgin keçən matç 1 - 1 hesabı ilə başa çatıb. "Sumqayıt"ın yeganə qolunu 90-cı dəqiqədə Pərdis Fərcad-Azad vurub.
 
Xatırladaq ki, “Sumqayıt” buna qədər Antalyada Qazaxıstanın “Akjayık” (1:0), Rumıniyanın “Voluntari” (0:0) və İranın “Sepahan” (1:2) klubları ilə qarşılaşıb.

Xəbər xətti