"Sumqayıt" vətənə dönür

12:55 - 23 Yanvar 2016

Axşam saatlarında Bakıda olacaq

 

Bu gün "Sumqayıt" Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuraraq vətənə dönür.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" axşam saatlarında paytaxt Bakıda olacaq. 


İki günlük istirahətin ardından komanda “Kapital Bank Arena”da Premyer Liqanın növbəti turu üçün “Neftçi” ilə oyunun hazırlığına başlayacaq.


Qeyd edək ki, “Sumqayıt” Antalyada 4 yoxlama matçı keçirdi. Samir Abasovun  komandası Qazaxıstan "Akjayık" klubuna 1:0 hesabı ilə qalib gəlib, Rumıniya təmsilçisi "Voluntari" ilə 0:0 hesablı heç-heçə edib, son İran çempionu "Sepahan"a 1:2 hesabı ilə məğlub olub və 4 qat Rumıniya çempionu olmuş “Petrolul”la 1:1 hesablı heç-heçəyə imza atıb.

Xəbər xətti