Fərid Quliyev Türkiyə klubunda

13:14 - 23 Yanvar 2016

"Yozqatspor 1959" klubuna transfer olunub

 

“Rəvan”dan ayrılan Fərid Quliyev özünə yeni komanda tapıb.

 

Sportal.az xəbər verir ki, hücumçu Türkiyə Regional Həvəskar Liqasının 6-cı qrupunda mübarizə aparan “Yozqatspor 1959” klubuna transfer olunub. Quliyev yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

Azərbaycan yığmasında 1 qol vurmuş Fərid Quliyev "Rəvan"dan əvvəl "Bakı”, “Qarabağ”, “Standard”, “Neftçi” və “Sumqayıt” klublarının da formasını geyinib.

 

Qeyd edək ki, "Yozqatspor 1959" 12 turdan sonra 13 komanda arasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

 

Xəbər xətti