Millimizin rəqibləri heç-heçə etdi

13:31 - 23 Yanvar 2016

Albaniya ilə Səudiyyə Ərəbistan

 

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının Türkiyədə təşkil olunan "Antalya Kuboku"ndakı rəqibləri arasında görüş baş tutub.

 

Sportal.az xəbər verir ki, millimizin Ukrayna ilə qarşılaşdığı gündə Albaniya da Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. Matç 1 - 1 hesablı bərabərliklə başa çatıb.

 

Qeyd edək ki ki, turnirin açılış matçında millimiz Ukraynaya 2:1 hesabıyla qalib gəlmişdi.

Xəbər xətti