"Təyyarəçilər" qələbə qazandı
Bu gün "CBC Sport kuboku"nda IV turun növbəti oyunu keçirilib.
Sportal.az xəbər verir ki, AZAL I Divizion təmsilçisi olan "Neftçala" ilə qarşılaşıb. Paytaxt təmsilçisi rəqibini 3 - 1 hesabı ilə məğlub edib. Bu qələbə ilə xallarını 9-a çatdıran "təyyarəçilər" turniri 2-ci pillədə tamamlayıb.
Qeyd edək ki, ötən gün “Şərurspor”u 3 – 2 hesabı ilə məğlub edən "Neftçi" çempionluğu özü üçün təmin etmişdi.
Turnirə sabah keçiriləcək "Şərurspor" - MOİK görüşü ilə yekun vurulacaq.
23 yanvar
AZAL – "Neftçala" 3:1
Qollar: Aleksandr Quruli, 10 (pen.); Məhəmməd Bədəlbəyli, 33; Murad Səttarlı, 73 (pen.) - Aqşin Həşimov, 87
|