"Beşiktaş" erməni futbolçu ilə rəsmi müqavilə imzaladı FOTO

23:15 - 23 Yanvar 2016

4,5 illik müqavilə
 
"Spartak" Moskvanın erməni futbolçusu Araz Özbiliz karyerasını Türkiyə Super Liqasında davam etdirəcəyi barədə məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Beşiktaş"la 4,5 illik müqavilə imzalayıb. Araz Özbilizin transferi "qara qartallar"a 1,3 milyon avroya başa gəlib.
 
Qeyd edək ki, Araz Özbilizin "Rayo Vallekano"ya icarəyə veriləcəyi gözlənilir.
 
 

Xəbər xətti