Millimizin rəqibi Birlik Kubokunun qalibi oldu

12:15 - 24 Yanvar 2016

Matçda 6 qol

 

AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində U-21 millimizin rəqiblərindən olan Rusiya Sankt-Peterburqda təşkil olunan Birlik Kubokunun qalibi olub. 

 

Sportal.az xəbər verir ki, Rusiya yığması finalda Moldovaya 4:2 hesabıyla qalib gəliblər.

 

Qeyd edək ki, Rusiya və Azərbaycan U-21-ləri martın 24-də qarşılaşacaq. Bu komandalar arasında Bakıda keçirilmiş oyun millimizin 3:0 hesablı qələbəsi ilə bitmişdi.

Xəbər xətti