Klublarımızın qalib gəldiyi turnir ləğv olunacaq

16:39 - 24 Yanvar 2016

"Birlik Kuboku" öz mahiyyətini itirib

 

"Birlik Kuboku" ləğv olunacaq və yaxud formatı dəyişdiriləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Vitali Mutko bildirib. Onun sözlərinə görə, "Birlik Kuboku" öz mahiyyətini itirib və gənc komandaların iştirakı isə daha aktual deyil.

 

Qeyd edək ki, Azərbaycan klubları üç dəfə "Birlik Kuboku"nu əldə ediblər. 2006-cı ildə "Neftçi", 2008-ci ildə "Xəzər Lənkəran" və 2011-ci ildə "İnter" klubu bu kuboku qazanıblar.

Xəbər xətti