"Nəticədən razı qaldım"
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının “Antalya Cup” turnirində bu gün Səudiyyə Ərəbistanının U-20 komandasını 3 - 0 hesabı ilə məğlub edib.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmasından sonra yığmamızın baş məşqçisi Yaşar Vahabzadə fikirlərini bildirib: “Nəticədən razı qaldım. Lakin oyunumuz məni qane etmədi. Təbii ki, rəqibin azlıqda qalması oyunun gedişinə təsirini göstərdi. Məni narazı salan məqamlardan ən əsası ötürmələrdə çoxlu səhvə yol verməyimiz oldu. Havanın küləkli olması da oyun keyfiyyətini aşağı salan amillərdən idi”
saytlarin hazirlanmasi