Yoxlama matçı
"Sumqayıt"ın əsas komandası kimi əvəzedicilər də çempionatın 3-cü və 4-cü dövrəsi üçün hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, "kimyaçılar" növbəti yoxlama oyununu keçirib.
Rövşən Babayevin rəhbərlik etdiyi komanda "Qaradağ Lökbatan"la 2:2 hesablı heç-heçəyə imza atıb. Bu oyunda Sumqayıt təmsilçisindən Emil Həsənzadə və Bayram Nuruzadə vurub.