2 matçda 2 qələbə
Türkiyədə təşkil olunan "Antalya Kuboku" davam edir.
Sportal.az xəbər verir ki, keçirdiyi ilk iki oyununda qələbə qazanan U-21 millimizin rəqibləri də bir neçə oyuna çıxıb. Belə ki, Ukrayna (U-21) yığması Kosovo (U-20) üzərində 2:0 hesablı qələbəyə sevinib. Albaniya (U-21) isə Bəhreynə (U-20) 1:0 hesabıyla qalib gəlib.
Qeyd edək ki, yığmamız ilk oyunda Ukraynaya 2:1, ardından isə Səudiyyə Ərəbistanına (U-20) 3:0 hesabıyla qalib gəlmişdi. Millimiz turnirdə növbəti oyununu yanvarın 26-da, Bakı vaxtı ilə saat 13:00-da Albaniyanın U-21 komandasına qarşı keçirəcək.
Turnir cədvəli:
Azərbaycan - 6
Albaniya - 4
Ukrayna - 3
Səudiyyə Ərəbistanı
Bəhreyn -1
Kosovo - 1.
saytlarin hazirlanmasi