İki gün ərzində...
Premyer Liqada yaranmış fasilədən istifadə edən "Xəzər Lənkəran" hazırlıqlarını davam etdirir.
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, cənub təmsilçisində baxışda olan futbolçuların taleyinə aydınlıq gəlib. Belə ki, qarşıdakı iki gün ərzində 5 futbolçu ilə rəsmi müqavilə imzalanacaq.
Bu futbolçular Tural Cəlilov, Nodar Məmmədov, Ruslan Cəfərov, Orxan Səfiyaroğlu və Vaquf Güləliyevdir.
saytlarin hazirlanmasi