Taktiki və texniki hazırlıq üzərində...
“Neftçi” ilə yoxlama oyunundan sonra bir günlük istirahətə buraxılan “Kəpəz” dünən məşqləri bərpa edib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda bir məşqlə kifayətlənib. Futbolçular taktiki və texniki hazırlıq üzərində işləyib.
“Sarı-göylər” bu gün daha bir yoxlama oyunu keçirəcək. Gəncə klubunun rəqibi birinci divizionun təmsilçisi “Ağsu” olacaq. “Dalğa Arena”da keçiriləcək görüş saat 12:30-da başlayacaq.
saytlarin hazirlanmasi