Tərlan Quliyev: "Bu komandanın gücünü hamı yaxşı bilir"

12:03 - 26 Yanvar 2016

"Əvəzində səhvlərimizi gördük"

 

“Neftçi” ilə oyun yoxlama matçı olduğundan çempionat əhəmiyyətli deyildi. Əsas Premyer Liqa oyunlarıdır. Bununla belə, toplanışda olduğumuzdan belə görüşləri keçirməyin əhəmiyyəti var”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Tərlan Quliyev klubun saytına deyib. O, Bakıda “Neftçi” ilə keçirilən yoxlama oyunundan danışıb:

 

“Gərgin oyun oldu. Meydanda mübarizə vardı. Hər iki komanda meydana optimal heyətlə çıxmamışdı. Buna baxmayaraq, maraqlı oyunun şahidi olduq. Bu sınaq matçının bizə faydası çox oldu”.

 

T.Quliyev meydanda çempionat matçında olduğu kimi aqressiv oynamadıqlarını vurğulayıb:

 

"Çünki bu adi yoxlama matçı idi. Görüşə də rahat çıxmışdıq. Əvəzində səhvlərimizi gördük. Texniki qüsurlarımızın üzərində işləməliyik”.

 

Quliyev Neftçi” yoxlama oyunlarında rəqibləri arasında ən güclü olduğunu deyib:

"Bu komandanın gücünü hamı yaxşı bilir. Düzdür, digər matçlar da ağır oldu. Hər halda əvvəlki iki görüşü fiziki hazırlıqdan dolayı yorğunluq fonunda keçirmişdik”.

Xəbər xətti