6 aylıq rəsmi müqavilə
"Sumqayıt” növbəti transferini həyata keçirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubu millimizin üzvü Rasim Ramaldanovu heyətinə cəlb edib. 30 yaşlı futbolçu mövsümün sonuna qədər “Sumqayıt"ın şərəfini qoruyacaq. O, yeni komandasında 99 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rasim Ramaldanov "Simurq" (87 oyun, 2 qol) və "Xəzər Lənkəran"da (51 oyun, 1 qol) oynayıb. O, 17 dəfə Azərbaycan millisində çıxış edib.
saytlarin hazirlanmasi