Ramires "Jianqsu Saninq" klubuna transfer olunub
"Çelsi"nin futbolçusu Ramires karyerasını Çində davam etdirəcək.
Sportal.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu Çin Super Liqasında mübarizə aparan "Syanqsu Suninq" klubuna transfer olunub. Asiyalılar 28 yaşlı yarımmüdafiəçi üçün İngiltərə təmsilçisinə 33 milyon avro ödəyəcək.
Qeyd edək ki, Ramires 2010-cu ildə "Benkika"dan "Çelsi"yə 22 milyon avroya transfer olmuşdu. O, "zadəganlar"ın heyətində meydana çıxdığı 251 matçda 34 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi