"Fənərbağça"nın hücumçusu Premyer Liqada

20:44 - 27 Yanvar 2016

Mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək
 
İngiltərə Premyer Liqasında mübarizə aparan "Vest Hem" klubu hücum xəttini gücləndirib.
 
Sportal.az xəbər verir ki, "çəkicdöyənlər" "Fənərbağça"nın forvardı Emmanuel Emenikeni heyətinə qatıb. Nigeriyalı hücumçu "Vest Hem"də icarə əsasında çıxış edəcək.
 
Qeyd edək ki, Emenike mövsümün ilk yarısını icarə əsasında "Əl-Əin"də keçirmişdi.

Xəbər xətti