Fransalı forvard Premyer Liqamızda?

00:35 - 28 Yanvar 2016

Robert Maah Azərbaycan və Qazaxıstandan təklif alıb
 
Türkiyənin "Göztəpə" klubunun forvardı Robert Maah karyerasını Azərbaycanda davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, fransalı futbolçu ölkəmizdən təklif alıb. Türkiyə mətbuatının məlumatına görə, "Göztəpə" Nahir Besara və Robert Maahla yollarını ayırmaq istəyir. Besaranı sabiq komandası "Hammarbü"yə göndərməyə çalışan klub Robert Maah üçün Azərbaycan və Qazaxıstandan təklriflər alıb. Fransalı forvardı istəyən Azərbaycan klubunun adı açıqlanmayıb.

Xəbər xətti