"Fantastik məbləğdə müqavilə təklif etsə, gedərəm"
"Brügge"nin futbolçusu Felipe Gedoz Belçika mətbuatına maraqlı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, braziliyalı hücumçu Voetbalkrant.com saytına verdiyi açıqlamada yaxşı təklif olsa Azərbaycan çempionatında oynaya biləcəyini deyib: "Sabah hansısa klub mənə fantastik məbləğdə müqavilə təklif etsə, gedərəm. Bu, hətta Azərbaycan çempionatı da ola bilər. Belə böyük pul qarşılığında orada da oynamağa hazıram".
saytlarin hazirlanmasi