"Trabzonspor"un futbolçusu Çin klubunda

18:30 - 28 Yanvar 2016

Mbia "Quançjoe Everqard"da

 

Daha bir ulduz futbolçu karyerasını Çində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubunun futbolçusu Stefan Mbia karyerasını Asiya ölkəsində davam etdirəcək. Belə ki, kamerunlu yarımmüdafiəçi Çinin "Quançjao Everqard" klubuna transfer olunub. Çinlilər bu transferə görə Türkiyə klubuna 4 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Mbia "Trabzonspor" forması ilə 17 matça çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti