Uruqvaylı müdafiəçi "Sportinq"də FOTO

20:20 - 28 Yanvar 2016

Mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək
 
Portuqaliyanın "Sportinq" klubu müdafiə xəttini gücləndirib.
 
Sportal.az xəbər verir ki, Lissabon təmsilçisi "Sanderlend"in müdafiəçisi Sebastian Koatesi heyətinə qatıb. Uruqvaylı müdafiəçi mövsümün sonuna qədər icarə əsasında "Sportinq"də çıxış edəcək.
 
Hazırda Portuqaliya çempionatının lideri olan "Sportinq" Koatesi mövsümün sonunda 5 milyon avroya birdəfəlik almaq hüququna da sahibdir.
 
 

Xəbər xətti