6 aylıq müqavilə imzalanıb
"Qarabağ"dan ayrılan braziliyalı yarımmüdafiəçi Çumbinyo yeni klubu ilə rəsmi müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, “sambaçı” Yunanıstanın “Atromitos” klubu ilə mövsümün sonunadək rəsmi müqaviləyə qol çəkib. Lakin komandanın baş məşqçisi ondan razı qalarsa, mövsümün sonunda müqaviləsi daha 1 il müddətinə uzadılacaq.
Qeyd edək ki, Çumbinyonun komandadan ayrılacağı haqda ilk xəbəri Sportal.az yazmışdı (http://sportal.az/?goal=news&id=68267)