"Xəzər Lənkəran" - "Rəvan" matçının vaxtı dəyişdirildi

18:03 - 29 Yanvar 2016

Fevralın 1-nə təyin olunub

 

"Xəzər Lənkəran"la "Rəvan"ın əvəzedici heyətləri arasında sabah keçirilməli olan matçın vaxtı dəyişdirilib.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, buna səbəb əvəzedici heyətin qarşılaşmalarını keçirdiyi Lənkəran şəhər stadionunun ehtiyyat meydançasının qar səbəbindən yararsız vəziyyətə düşməsi olub.

 

Klub bununla əlaqədar PFL-ə müraciət edib. Müraciətə müsbət cavab verilib. Qarşılaşma yanvarın 30-da deyil, fevralın 1-də baş tutacaq. Bundan bir gün öncə isə "Xəzər lənkəran" və "Rəvan"ın əsas komandaları üz-üzə gələcək.

Xəbər xətti