"Gəncə klubunda oynamağa razılaşdım"
Qış fasiləsi müddətində “Kəpəz”ə keçən Namiq Ələsgərov U-21 yığması ilə Türkiyəki turnirdən qayıtdıqdan sonra yenidən kluba qoşulub.
Sportal.azxəbər verir ki, yarımmüdafiəçi bu gün “sarı-göylər”in heyətində Gəncədə ilk dəfə məşqə çıxıb.
Mətbuat və azarkeşlər üçün açıq keçən məşqdən sonra Ələsgərov klub saytına keçidi ilə bağlı fikirlərini bölüşüb: “Xeyli müddət zədəli oldum və oynaya bilmədim. Bərpa olunduqdan sonra “Kəpəz”dən təklif gəldi. Gəncə klubunda oynamağa razılaşdım. Komandanın böyük tarixi, titulları var. İndi də çempionatda yaxşı çıxış edir. Çalışacağam ki, bu keçiddən həm “Kəpəz” qazansın, həm də mən”.
saytlarin hazirlanmasi