Maludanın yeni klubu məlum oldu FOTO

21:55 - 29 Yanvar 2016

Misirdə çıxış edəcək
 
Fransa millisinin sabiq futbolçusu Floren Maluda özünə yeni klub tapıb.
 
Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını Misirdə davam etdirəcək. Təcrübəli futbolçu "Vaqi Deqla" klubu ilə müqavilə imzalayıb. Maluda mövsümün sonuna qədər Misir təmsilçisndə çıxış edəcək.
 
Qeyd edək ki, Maluda karyerasının ən yaxşı illərini "Lion" və "Çelsi"də keçirib.
 
 

Xəbər xətti