Rəqibimizin yeni məşqçisi məlum oldu
AÇ-2017-nin seçmə mərhələsində Azərbaycanın U-21 yığmasının rəqibi olan Rusiya seçməsinin baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Nikolay Pisarev çalışdıracaq. Pisarev seçmə mərhələdəki ilk rəsmi oyununu martın 24-də elə Azərbaycana qarşı keçirəcək.
Xatırladaq ki, Rusiya yığmasını Pisarevdən öncə Dmitri Xomuxa çalışdırırdı. Amma o, Bakıda Azərbaycana 0:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.
saytlarin hazirlanmasi