"Yetirmələrimdən razı qaldım"
“Mövsümün ikinci yarısına yaxşı hazırlaşmışdıq. Yevlaxda baş tutan təlim-məşq toplanışından sonra komandanız çempionata tam hazır idi”.
Sportal.az Apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XIX turunun “Qəbələ” ilə ev oyunundakı 3:0 hesablı qələbənin səbəbini açıqlayıb. O bildirib ki, mövsümün ikinci yarısına hazırlıq komandaya müsbət təsir edib: “Bugünkü qarşılaşmada da qış hazırlığının yüksək səviyyədə keçməyimizin rolu böyük oldu. Matçda məhz bunun bəhrəsini görərək, qalib gəldik. Komandamız “Qəbələ” ilə görüşdə yaxşı futbol nümayiş etdirdi. Yetirmələrimdən razı qaldım. Bu matçda layiqli qələbə qazandıq. Amma hesabın bu qədər də böyük olması tam oyuna görə deyil”.
saytlarin hazirlanmasi