Vaqif Cavadov: "Neftçi"dən çəkinməyimizdən söhbət gedə bilməz" MÜSAHİBƏ

18:58 - 30 Yanvar 2016

"Mən buna heç nə edə bilmərəm"

 

"Sumqayıt"ın futbolçusu Vaqif Cavadov "Neftçi" ilə matçdan (0 - 1) jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

Oyunhaqda fikirlərin...

- Çətin oyun oldu. Yaxşı oynamadığımız üçün məğlub olduq. Bu oyundan sonra daha güclü olacağıq. Bir səhv etdik, oda qapımıza vuruan qolla nəticələndi. Yaxşı qol imkanlarımız oldu, istifadə edə bilmədik.

 

- Öz oyunundan razı qaldın?

- Heç vaxt öz oyunum haqda danışmamışam, bu gün də danışmayacam. Biz az da çalışmaq lazımdır ki, belə səhvlər etməyək. 

 

- İkinci hissədə zəif çıxış etməyinizin səbəbi nədi? Fasilədə nə baş verdi?

- Heç nə olmadı. Birinci hissənin də ilk 10 dəqiqəsində yaxşı oynamamışdıq. İkinci hissəyə də etni qaydada başladıq. Səhvlər etdik və nəticədə qol oldu. "Neftçi"dən çəkinməyimizdən söhbət gedə bilməz. Ümumi baxanda yaxşı oynadıq.

 

- Real qol epizodundan istifadə edə bilmədin...

- Top ayağıma yaxşı oturdu. Amma bəxtsizlikdən dirəyə dəydi. Mən buna heç nə edə bilmərəm.

 

- Son vaxtlar oyunun istənilən kimi alınmır. Bu tez-tez klub dəyişməyinlə bağlı ola bilər?

- Hər şey ola bilər. Amma bu günkü oyunun onunla heç bir aidiyyatı yoxdu.

 

- Meydanda aqressiv olmağının səbəbi nə idi?

- Səbəb məğlub olmaq istəməməyim.

Xəbər xətti