"Layiqli qələbə qazandılar"
Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi” doğma meydanında "Sumqayıt”ı qəbul edib.
Sportal.az xəbər verir ki, qarşılaşma "Neftçi”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:
-"Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm. Meydanda yeganə komanda "Neftçi” idi. Layiqli qələbə qazandılar.
-Vaqif Cavadovun oyunundan razı qaldınızmı?
-Tam razı qaldığımı deyə bilmərəm. Vaqifə inanıram. İnşallah potensialını ortaya qoya biləcək.
-Nicat Muxtarovu nə vaxt əsas heyətdə görə biləcəyik?
-Muxtarov "suçiçəyi” xəstəliyinə tutulmuşdu. 40 gün müddətini geridə qoyub. Ötən gün əvəzedici komandada oynayıb. Fevralın sonunda əsas heyətə qoşula biləcək.