"Beşiktaş"da yeni müdafiəçi

21:10 - 31 Yanvar 2016

"Hannover"in müdafiəçisi "Beşiktaş"da
 
İstanbulun "Beşiktaş" klubu müdafiə xəttini gücləndirib.
 
Sportal.az xəbər verir ki, "qara qartallar" "Hannover"in müdafiəçisi Marselo Quedesi heyətinə cəlb edib. 28 yaşlı Braziliyalı futbolçu mövsümün sonuna qədər icarə əsasında "Beşiktaş"da çıxış edəcək.
 
Qeyd edək ki, "Beşiktaş" qış transfer pəncərəsində Denis Boyko, Araz Özbiliz və Aleksis Delqadonu transfer edib.

Xəbər xətti