Mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək
"Roma" klubu heyətini gücləndirməkdə davam edir.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Cenoa"nın yarımmüdafiəçisi Dieqo Perottini heyətinə cəlb edib. 27 yaşlı argentinalı futbolçu mövsümün sonuna qədər icarə əsasında "Roma"da çıxış edəcək.
Xatırladaq ki, "Roma" qış transfer pəncərəsində "Milan"dan Stefan El-Şaaravini də icarəyə götürmüşdü.

saytlarin hazirlanmasi