Cəzalı duruma düşdülər
Azərbaycan Premyer Liqasının XX turunda "Zirə"ni qəbul edəcək "Sumqayıt" bu matça 3 ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, XIX turda keçirilən "Neftçi" ilə matçda Vurğun Hüseynov, Ağabala Ramazanov və Aleksandr Çertaqanov sarı vərəqə alaraq limiti dolduraraq cəzalı duruma düşüblər.
Qeyd edək ki, "Sumqayıt" - "Zirə" matçı fevralın 6-sı baş tutacaq.
saytlarin hazirlanmasi