Qapısında 90 qol görüb
Azərbaycan milli komandasının futbolçusu Səlahət Ağayev Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 3 ildən sonra yenidən “Sumqayıt”da forma geyinən qapıçının yubiley matçı 19-cu turun “Neftçi” ilə qarşılaşmasına təsadüf edib.
Komandasının 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmada buraxılan top qolkiper üçün 90-cı belə qol olub. Premyer Liqada 2010/2011 mövsümündən çıxış edən Ağayev “100”ə 3 komandanın heyətində çatıb.
Debüt etdiyi MOİK-də 8 matçda 8 top buraxan əlcək sahibi “Sumqayıt”dakı 24-cü görüşdə 24-cü dəfə qapısında qol görüb. Daha çox “İnter”də çıxış edən Səlahət bu klubda 68 matçda 49 qola üzülüb.