"Kəpəz": 1413 gündən sonra

15:56 - 1 Fevral 2016

Böyükhesablı qələbə

 

XIX turun “Qəbələ” ilə ev oyununda 3:0 hesabı ilə qalib gələn “Kəpəz” Azərbaycan Premyer Liqasının 2015/16 mövsümündə ilk dəfə böyükhesablı qələbə qazanıb.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi sonuncu dəfə 2011/12 mövsümündə belə qalib gəlib. “Kəpəz” həmin vaxt “Sumqayıt”ı məğlub edib. 2012-ci martın 18-də baş tutan qarşılaşmada “Kəpəz” qonaqları 4:1 hesabı ilə üstələmişdi.

 

Qərblilər növbəti belə uğuru 1413 gündən sonra əldə edib. Ümumiyyətlə, “Kəpəz” Azərbaycan çempionatları tarixində 3 və ya daha çox top fərqilə qazanılan qələbələrin sayında 2-ci göstəriciyə malikdir. Yalnız “Neftçi”dən (116) geri qalan gəncəlilər 92-ci dəfə 3 xalı böyükhesabıa qazanıb. 22-ci böyükhesablı məğlubiyyətini alan “Qəbələ” isə 419 gündən sonra belə yenilgi yaşayıb. Əyalət klubunun çempionatdakı son belə məğlubiyyəti 2014-cü il dekabrın 7-də “Xəzər Lənkəran”la səfər matçına təsadüf etmişdi – 0:3.

Xəbər xətti