"Kəpəz" Bakıda başladı

16:20 - 1 Fevral 2016

AZAL-la oyunun hazırlığı

 

Bir günlük istirahətdən sonra “Kəpəz” məşqləri bərpa edib.

 

Sportal.az xəbər verir ki, komanda Azərbaycan Premyer Liqasının XX turundaGəncədə qarşılaşacağı AZAL-la oyunun hazırlığına bu gündən Bakıda başlayıb.

 

Qarşıdakı dörd gündə “Dalğa Arena”da məşq edəcək “sarı-göylər” oyundan bir gün öncə Gəncəyə gələcək. Fevralın 6-da matçın keçiriləcəyi şəhər stadionunda keçiriləcək sonuncu hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq. 

Xəbər xətti