"Barselona" müdafiəçisini icarəyə verdi FOTO

18:25 - 1 Fevral 2016

Martin Montoya "Betis"də
 
İspaniya La Liqasında mübarizə aparan "Betis" klubu müdafiə xəttini gücləndirib.
 
Sportal.az xəbər verir ki, əndəlüsiyalılar "Barselona"nın müdafiəçisi Martin Montoyanı heyətinə cəlb edib. Razılaşmaya görə, Montoya mövsümün sonuna qədər icarə əsasında "Betis"də çıxış edəcək.
 
Qeyd edək ki, Montoya mövsümün ilk yarısını "İnter"də çıxış edib.

 

Xəbər xətti