"Kuban"dan ayrıldı
Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin klubusuz qalıb.
Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu çıxış etdiyi Krasnodarın "Kuban" klubundan ayrılıb. Təcrübəli futbolçunun karyerasını hansı komandada davam etdirəcəyi məlum deyil.
Qeyd edək ki, yay transfer pəncərəsində "Kuban"a transfer olunan Arşavin 9 oyun keçirib və fərqlənə bilməyib.
saytlarin hazirlanmasi