"Qalatasaray"ın futbolçusu "Bursaspor"da

21:45 - 1 Fevral 2016

Mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək
 
"Bursaspor" klubu transfer pəncərəsinin son günündə heyətinə yeni futbolçu cəlb edib.
 
Sportal.az xəbr verir ki, "Bursaspor" "Qalatasaray"ın yarımmüdafiəçisi Cem Pol Karacanı heyətinə qatıb. Razılaşmaya görə, Karacan "Bursaspor"da mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.
 
Xatırladaq ki, "Qalatasaray" Cem Karacanı yay transfer pəncərəsində "Ridinq"dən transfer etmişdi.

Xəbər xətti