Mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək
Türkiyə Super Liqasında çıxış edən "Əskişəhərspor" klubu hücum xəttini gücləndirib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Şotlandiyanın "Seltik" klubundan Nadir Çiftcini heyətinə qatıb. 23 yaşlı forvard "Əskişəhərspor"da mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Nadir Çiftçi Super Liqada 2011/12 mövsümündə "Kayserispor"da oynayıb.

saytlarin hazirlanmasi