"Rəvan"a qarşı oynamayacaq
Premyer Liqanın XX turunda "Rəvan”ın qonağı olacaq "Neftçi” oyuna itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, "ağ qaralar” Kamal Qurbanovun xidmətindən məhrum olub. Premyer Liqanın XIX turunda "Sumqayıt”la qarşılaşmada sarı vərəqə ilə cəzalanıb. Mövsüm ərzində 4-cü sarı vərəqəsini alan Qurbanov bu səbəbdən də "Rəvan”la oyunu buraxmalı olacaq.
Qeyd edək ki, "Rəvan” – "Neftçi” oyunu fervalın 5-də baş tutacaq.
saytlarin hazirlanmasi