Avropa çempionatı start götürür

15:16 - 2 Fevral 2016

Serbiyada başlayır

 

Bu gün Serbiyanın paytaxtı Belqradda futzal üzrə Avropa çempionatı start götürəcək.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. A qrupunda ev sahibi Serbiya Sloveniya yığmasına qarşı mübarizə aparacaq. B qrupunda isə İspaniya və Macarıstan komandaları üz-üzə gələcək.

 

D qrupunda mübarizə aparacaq Azərbaycan futzalçıları da Avropa çempionatında ilk matçında İtaliya yığması ilə qarşılaşacaq. İkinci görüş isə ayın 5-i Çexiyaya qarşı keçiriləcək. Hər iki qarşılaşma yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) başlayacaq.

 

Qrup mərhələsinə fevralın 7-də yekun vurulacaq. Avropa çempionatında 12 komanda 4 qrupda mübarizə aparacaq. Reqlamentə əsasən, hər qrupda ilk 2 yerin sahibi 1/4 finala yüksələcək.

Xəbər xətti