İtaliya və Çexiya ilə oyunlar
Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandasının keçirəcəyi oyunlar canlı yayımlanacaq.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər yığmamızın oyunlarını "CBC Sport" kanalı vasitəsilə canlı izləyə biləcəklər.
Xatırladaq ki, D qrupunda mübarizə aparacaq millimiz sabah İtaliya, iki gün sonra isə Çexiya yığması ilə qarşılaşacaq. Serbiyanın Belqrad şəhərində keçiriləcək hər iki oyun Bakı vaxtı ilə saat 00:00 başlayacaq.
saytlarin hazirlanmasi