"Hapoel" klubu ilə müqavilə imzalayıb
"Neftçi"dən ayrılan futbolçu Kaue Da Silvanın yeni klubunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını İsrail çempionatında davam etdirəcək. Belə ki, 26 yaşlı "sambaçı" "Hapoel" klubu ilə müqavilə imzalayıb. Bu barədə Təl-Əviv təmsilçisinin rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, 2014-cü ildən bu ilin yanvar ayına qədər "Neftçi"də oynayan Kaue da Silva keçirdiyi 43 oyunda 1 qol vurub.
saytlarin hazirlanmasi