1 il 6 aylıq müqavilə imzalanıb
"Qəbələ"nin sabiq futbolçusu Andrei Kristea karyerasını Rumıniyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 32 yaşlı hücumameyilli yarımmüdafiəçi Liqa-1 təmsilçisi “Munisipial”la anlaşıb. Tərəflər arasında 1 il 6 aylıq müqavilə imzalanıb. “Munisipial” yeni futbolçusunu artıq ictimaiyyətə təqdim edib.
Qeyd edək ki, Kristea 2014-cü ildə "Qəbələ"nin şərəfini qoruyub.