Çin klubundan 42 milyon avroluq transfer FOTO

03:32 - 3 Fevral 2016

Martines "Quançjao Everqrand"da
 
Çinin "Quançjao Everqrand" klubu qış transfer pəncərəsinə damğa vurub.
 
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Madrid "Atletiko"sunun hücumçusu Cekson Martinesi transfer edib. "Quançjao Everqrand" Martinesin transferinə görə, "Atletiko"ya 42 milyon avro ödəyib.
 
Qeyd edək ki, mövsümün əvvəlində "Portu"dan transfer edilən Cekson Martines bu mövsüm La Liqada 22 oyuna 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

Xəbər xətti