AVRO-2016 darmadağınla başladı

10:26 - 3 Fevral 2016

Meydan sahibləri qələbə qazandı

 

Serbiyanın paytaxtı Belqradda futzal üzrə Avropa çempionatına start verilib.

 

Sportal.az xəbər verir ki, qitə birinciliyinin açılış oyununda Sloveniya ilə qarşılaşan meydan sahibi Serbiya bu görüşdə 5:1 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, qitə birinciliyinə vəsiqə qazanan Azərbaycan yığması ilk matçını D qrupu çərçivəsində İtaliyaya qarşı keçirəcək.

Xəbər xətti