Komanda növbəti məşqinə çıxıb
Premyer Liqanın 20-ci turunda "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb. Heyətdə zədəli futbolçu yer almır.
Qeyd edək ki, "Sumqayıt" - "Zirə" oyunu fevralın 6-da "Kapital Bank Arena"da keçiriləcək. Görüş saat 15:00-da başlayacaq. Bu komandaların əvəzediciləri isə fevralın 5-də üz-üzə gələcək, matç saat 14:00-da start götürəcək.
saytlarin hazirlanmasi