Millimizin baş məşqçisi: "Amadeunun qırmızı vərəqə alması nəticəyə birbaşa təsir göstərdi"

10:06 - 4 Fevral 2016

"Beş nəfərlə hücum edərkən də qol imkanları yaratdıq"

 

“Əlbəttə, məğlub olduğun zaman çox şey danışmaq çətindir”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Tino Peres deyib.

 

İspaniyalı mütəxəssis futzal üzrə AVRO-2016-nın final mərhələsinin İtaliya – Azərbaycan matçı (3:0) haqda fikirlərini açıqlayıb: “Nəticə özlüyündə hər şeyi deyir. Bununla belə, məğlubiyyətə baxmayaraq, çox da bədbin deyiləm. Müdafiədə pis oynamadıq. Kombinasiya qurmaqda çətinlik çəkmədik. Buraxdığımız birinci qoldan bir neçə dəqiqə əvvəl hesabı açmaq üçün əla imkanımız vardı. Amma rəqib qapıçı əla oynadı. Təbii ki, Amadeunun qırmızı vərəqə alması və azlıqda qalıb qol buraxmağımız yekun nəticəyə birbaşa təsir göstərdi. Beş nəfərlə hücum edərkən də qol imkanları yaratdıq. Amma İtaliya millisinin qapıçısı keçilməz oldu”.

Xəbər xətti