"İkinci hissədəki oyuna görə məyusam"

11:03 - 4 Fevral 2016

"Hesabda geridə olsaydıq, eyni addımı atardıq"

 

Xəbər verdiyimiz kimi, futzal üzrə millimiz AVRO-2016-nın final mərhələsi çərçivəsində çıxdığı ilk matçda İtaliya yığmasına 0:3 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra İtaliya millisinin baş məşqçisi Roberto Meniçelli bunları qeyd edib:

 

"Futzalçılarımızı təbrik edirəm. Onlar Azərbaycanla asan olmayan qarşılaşmada yaxşı oyun nümayiş etdirdilər. Turnirə çempion kimi başladıq. İlk qarşılaşma həmişə çətin olur. İkinci hissədəki oyuna görə məyusam. Çünki Azərbaycan millisinin qapıçını sahə oyunçusu ilə dəyişməsinə qarşı heç nə edə bilmədik. Nəticədə fasilədən sonra müdafiə olunmaq məcburiyyətində qaldıq. Amma biz də hesabda geridə olsaydıq, eyni addımı atardıq".

Xəbər xətti